Dava salan güləşçimiz yarışdan qovuldu (VİDEO, FOTO)

Dava salan güləşçimiz yarışdan qovuldu (VİDEO, FOTO)
22:01 11 Noyabr 2015
84 İdman
Ölkə mətbuatı
A- A+

Güləş meydanında daha bir xoşagəlməz hal yaşanıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan güləşçisi Ali Maqomedabirovla belaruslu İvan Yankovski arasında keçirilən görüş zamanı gərginlik yaşanıb.

Dava Avropa Millətlər Kubokunda qarşılaşan güləşçilər arasında baş verib. Dava anına qədər təmsilçimiz 4:3 hesabla öndə olub. Güləş davam edərkən idmançılar gözlənilmədən bir-birilərini yumruqlamağa başlayıb.

125 kq çəkidə mübarizə aparan güləşçilərin davasına məşqçilər qarışıb. Məşqçilər araya girərək tərəfləri sakitləşdirə bilib. Hər iki idmançı yarışdan diskvalifikasiya edilib və yarışın nəticəsi ləğv olunub.



Bir müddət əvvəl Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən “Hünər meydanı” Respublika seçim turnirində zamanı da belə xoşagəlməz hal yaşanmışdı.

Azərbaycan güləşçiləri arasında elə yarış vaxtı döşəkçədə dava düşmüşdü. Dava oktyabrın 29-u 55 kq çəki dərəcəsində keçirilən yarımfinal görüşünündə baş verib. Tofiq Sadıqlı və Əfqan Xaşalov arasında keçirilən görüşün son hissəsində hesab 1:0 birincinın xeyrinə olarkən güləşçilər arasında dava düşüb.

Güləşçılər bir birinə əl qol atıb. Idmançılar arasında düşən davaya bir anda digərləri də qoşulub. Bir müddət sonra tərəfləri sakitləşdirmək mümkün olub.


Əfqan Xaşalov

Azərbaycan idmanında biabırçılıq (VİDEO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR