İspan hücumçu 4-cü divizionda oynayacaq

İspan hücumçu 4-cü divizionda oynayacaq
22:42 11 Noyabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

"Selta" və "Swansea Siti"ni eks-hücumçusu Miçu karyerasını İspaniyanın 4-cü divizionunda davam etdirəcək.

Goal.az xəbər verir ki, 29 yaşlı hücumçu "Langreo" klubu ilə anlaşıb. Komandanın baş məşqçisi və Miçunun qardaşı Ernan Perez əvvəlki səviyyəyə qayıtmaq üçün forvardın düzgün seçim etdiyini bildirib.

2012-ci ildə "Selta"dan "Swansea Siti"yə transfer olunan Miçu ilə mövsümdəcə 18 qolun müəllifi olmuşdu. Bundan sonra ardıcıl zədələr alan futbolçu ötən mövsümü "Napoli"də keçirmişdi. Mövsümün əvvəlində Uels klubuna qayıdan futbolçu noyabrın 9-da "Swansea" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR