"Oğurlanmış" avtomobili, görün, haradan tapıldı

"Oğurlanmış" avtomobili, görün, haradan tapıldı
23:06 11 Noyabr 2015
67 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Gökhan Özenin “oğurlanmış” maşını tapılıb.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu yaxınlarda bahalı avtomobilini məkanlardan birinin qarşısında saxlayan ifaçı qayıdarkən onu yerində görməyib. Təşvişə düşən Gökhan polisə müraciət edərək maşınının oğurlandığını bildirmiş və onun tez bir zamanda tapılmasını istəmişdi. Aparılan araşdırmalardan sonra isə ortaya maraqlı mənzərə çıxıb.

Belə ki, G.Özen avtomobilini düzgün park etməmiş və bu səbəbdən nəqliyyatın hərəkətinə mane olduğu üçün onun maşını evakuator vasitəsilə cərimə meydançasına aparılıbmış.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR