Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur azərbaycanlı jurnalistin qardaşı saxlanıldı

Məşhur azərbaycanlı jurnalistin qardaşı saxlanıldı

Date: 11 November 2015 23:34

Rusiyanın Birinci kanalının azərbaycanlı aparıcısı İradə Zeynalovanın qardaşı İsabala Zeynalov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin dekanı olan İsabala Zeybalov tələbələrdən rüşvət almaqda şübhəli bilinir.

 

İradə Zeynalova saxlanılan dekanla qohum olduğunu inkar etməsə də, onunla çoxdandır əlaqə saxlamadığını bildirib.

 

61 yaşlı İsabala Zeynalova qarşı cinayət işi qaldırılıb, onunla yanaşı, həmin ali məktəbin təlim-metodik işləri üzrə mütəxəssisi Lyubov Mukanova da saxlanılıb. Onların hər ikisi rüşvət almaqda və rüşvətə vasitəçilik etməkdə təqsirkar bilinirlər.


Tags:  Məşhur azərbaycanlı jurnalistin qardaşı saxlanıldı

RƏYLƏR


Top news