Dünyanın ən bahalı brilyantı satışa çıxarıldı (VİDEO)

Dünyanın ən bahalı brilyantı satışa çıxarıldı (VİDEO)
23:46 11 Noyabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən bahalı brilyantlarından biri İsveçrədə məşhur “Christie”s hərracında satışa çıxarılıb.

ANS TV-nin məlumatrına görə, “Christie”s hərracında satışa çıxarılan çəhrayı brilyantın ölçüsü 16.08 karatdır. Onun unikallığı isə əsasən rənginə görədir. Dünyada çəhrayı rəngli brilyanta nadir hallarda rast gəlindiyindən onun qiyməti yüksək olur.

Hərracın sonunda adının açıqlanmasını istəməyən bir nəfər onu 28 milyon 500 min dollara əldə edib. Bura əlavə rüsumlar da daxildir. Bu cür qiymətli əşyaların əsas alıcıları Çindəki milyonçular sayılır. Amma son dövrlər Çində iqtisadi inkişafın aşağı düşməsi brilyant ticarətində durğunluq yaradıb.


Çəhrayi brilyant

Xatırlasaq ki, Cenevrədə "Sotheby's" hərracında çəkisi 59,60 karat olan çəhrayı brilyant 68 milyon İsveçrə frankına (74,1 milyon ABŞ dolları) satılıb. O, hərraca çıxarılan ən bahalı qiymətli daş olub.

Alıcı mükafatlarını nəzərə alaraq daşın satış qiyməti 83,18 milyon dollar təşkil edib, hərracın özü isə cəmi beş dəqiqə çəkib. Qiymətli daşın yeni sahibi zalda olsa da, onun adı açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR