Blatter xəstəxanaya aparıldı

Blatter xəstəxanaya aparıldı
00:11 12 Noyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Rüşvət və saхtakarlıq səbəbindən ali futbol qurumunun etika komitəsi tərəfindən 90 gün postundan kənarlaşdırılan FIFA prezidenti Yozef Blatterin səhhətində ciddi problem yaranıb.

ANS PRESS-in məlumaına görə, futbol funksioneri xəstəxanaya yerləşdirilib.

Bu haqda AFP agentliyinə Yozef Blatterin nümayəndəsi xəbər verib. 79 yaşlı Blatterin hansı xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilməsə də onun hələ bir müddət xəstəxanada müalicə olunacağı qeyd edilir.

FİFA prezidenti Yozef Blatterlə yanaşı UEFA prezidenti Mişel Platinin də səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayyət işi açıb.

Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib.


FIFA prezidenti Yozef Blatter

1998-ci ildən FİFA-ya başçılıq edən Blatter bu ilin mayın 29-da 5-ci dəfə FİFA prezidenti postuna seçilib. Ancaq 2 iyunda Yozef vəzifəsindən getdiyini bildirib. Yeni prezidentin seçiləcəyi konqres isə 2016-cı ilin fevralın 26-da Sürix şəhərində baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR