İsveç gömrük nəzarətini müvəqqəti bərpa edir

İsveç gömrük nəzarətini müvəqqəti bərpa edir
00:32 12 Noyabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 13-dən etibarən İsveç həmsərhəd dövlətlərlə gömrük nəzarətini bərpa edəcək.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, İsveçin Daxili işlər naziri Anders İqeman bildirib ki, nəzarət sistemi müvəqqəti xarakter daşıyır və noyabrın 21-də ləğv olunacaq.
"Şimali Afrikadan və Yaxın Şərqdən miqrant axını ilə üzləşən Avropa dövlətləri asayiş baxımdan problemlərlə üzləşiblər. Biz isə artıq mühacirlərə qapılarımızı aça bilmirik", - deyən nazir, hesab edir ki, gömrük nəzarəti miqrantlarla bağlı problemlərin həllinə kömək edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-svec-gomruk-nezaretini-muveqqeti-olaraq-berpa-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR