Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının “Telekom” voleybol komandası İstanbulda "Fənərbaxça"nın qonağı olub

Bakının “Telekom” voleybol komandası İstanbulda "Fənərbaxça"nın qonağı olub

Date: 12 November 2015 00:37

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu keçirib.
İstanbulda Burhan Felek Voleybol Salonunda “Telekom” yerli “Fənərbaxça” komandasının qonağı olub.
Avstriyalı baş hakim Harald Socanın idarə etdiyi görüş “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Telekom” Bakıda təşkil olunan ilk görüşündə Polşanın “İmpel” komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.
Komandamız növbəti oyununu noyabrın 25-də Almaniyada yerli “Drezdner” komandasına qarşı keçirəcək.
"Telekom"un yer aldığı "E" qrupunda digər oyununda isə "Drezdner" komandası səfərdə "İmpel"ə 3:2 hesabı ilə qalib gəlib.




Tags:  Bakının Telekom voleybol komandası İstanbulda Fənərbaxçanın qonağı olub

RƏYLƏR


Top news