Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Forum Mərkəzi Asiya dövlətlərinin Azərbaycan və Əfqanıstanla əməkdaşlığının inkişafına təkan verəcək

Forum Mərkəzi Asiya dövlətlərinin Azərbaycan və Əfqanıstanla əməkdaşlığının inkişafına təkan verəcək

Date: 12 November 2015 00:43


Düşənbə, 12 noyabr, AZƏRTAC 
Düşənbə şəhərində “2030-cu ilədək SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramı) regionunda davamlı inkişaf sahəsində gündəlikdə duran məsələlərin həyata keçirilməsinin və monitorinqinin dəstəklənməsi” devizi ilə Beynəlxalq SPECA İqtisadi Forumu və SPECA Rəhbərlər Şurasının 10-cu sessiyası öz işini davam etdirir.
Forumda Azərbaycanı iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, nazirliyin müşaviri İlqar Qasımlı və ölkəmizin Tacikistandakı səfiri Abbasəli Həsənov təmsil edir.
Tədbirin ikinci günü iqtisadiyyat, nəqliyyat, su-enerji ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları sahəsində regional inkişaf prosesləri və digər məsələlər müzakirə olunub.
Deyilib ki, forum Mərkəzi Asiya dövlətlərinin Azərbaycan və Əfqanıstanla energetika, nəqliyyat infrastrukturu, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafına kömək edəcək.
Forum davam edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Tags:  Forum Mərkəzi Asiya dövlətlərinin Azərbaycan Əfqanıstanla əməkdaşlığının inkişafına təkan verəcək



RƏYLƏR


Top news