Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın ən cazibədar həkimi ərə getdi (FOTO)

Dünyanın ən cazibədar həkimi ərə getdi (FOTO)

Date: 12 November 2015 02:01

Londonun "Çelsi" klubundan qalmaqallı şəkildə çıxarılmış 42 yaşlı fizioterapevt Eva Karneyro evlənib.

ANS PRESS-in məlumatına görə, futbol həkiminin yoldaşı qütb tədqiqatçısı və biznes-konsultant Ceyson de Karter adlı şəxsdir.

Dünyanın ən məşhur futbol həkimi dünən Londonda keçirilən toyuna bir çox məşhur futbolçuları dəvət edib. Qonaqların arasında futbolçularla yanaşı digər tanınmış şəxslər də olub. Dəvət edilmişlər arasında "Çelsi"nin futbolçuları olsa da klubun baş məşqçisi Joze Mourinyo dəvətlilər arasında olmayıb. Karneyro Mourinyo ilə aralarında baş verən ciddi münaqişə səbəbindən klubdan kənarlaşdırılıb.


Eva Karneyronun toyu

Hadisə “Çelsi”nin çempionatın ilk turunda “Suonsi” klubu ilə heç-heçə bitən oyundan sonra baş verib. Mourinyo Eden Azara ilk yardım göstərmək üçün onu meydandan kənara aparan Eva Karneyronu tənqid edib. Mourinyonun sözlərinə görə, futbolçunu oyundan kənarlaşdırmağa ehtiyac yox idi, çünki “Çelsi”də oyunçular onsuz da azlıq təşkil edirdi. Məşqçi həkim Korneyroya məsləhət görüb ki, futbol oyununun qaydalarını öyrənsin. Korneyro həmçinin onu təhqir edən Mourinyonu məhkəməyə verib.



2009-ci ildən “Çelsi”də işləyən Eva Karneyro 2011-ci ildə eks məşqçi Andre Villas-Boasın əmri ilə komandanın ilk tibb qərargahının əməkdaşı olub. Eva Karneyro 1973-cü ildə Hibraltar da ispanyalı və ingilis ailəsində doğulub. Həkim Nottingem universitetini bitirəndən sonra, öz təhsilini Melburnda idman fiziologiyası kollecində davam edib və Londonda magistr dərəcəsi alıb.

Tags:  Dünyanın cazibədar həkimi ərə getdi FOTO

RƏYLƏR


Top news