Azərbaycanda Konstitusiya Günüdür

Azərbaycanda Konstitusiya Günüdür
02:31 12 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur. ANS PRESS-in məlumatına görə, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı 1995-ci ilin noyabrın 12-də keçirilmiş referendumda öz konstitutsiyanı qəbul edib.

Azərbaycan Respublikasının əsas qanunu həmin ilin noyabrın 27-dən qüvvəyə minib. Prezident Heydər Əliyevin fərmanı ilə noyabrın 12-i Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.

Qeyd edək ki, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi.

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR