Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İordaniya kralı: Daha çox qaçqını qəbul edə biləcəyimizə inanmıram

İordaniya kralı: Daha çox qaçqını qəbul edə biləcəyimizə inanmıram

Date: 12 November 2015 02:37

Bakı. 12noyabr. REPORT.AZ/ İordaniyada məskunlaşan Suriyalı qaçqınların sayı bir milyon 400 min nəfərə çatıb. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu göstəricini İordaniya kralı II Abdulla açıqlayıb.
Onun sözlərinə görə, qaçqınların yalnız 10 faizi xüsusi düşərgələrdə məskunlaşıb. Əksəriyyət isə İordaniyanın müxtəlif bölgələrinə yerləşərək ölkənin infrastruktur və səhiyyə sisteminə əlavə yük olurlar. “Biz, demək olar ki, (qaçqınların sayına görə) maksimum həddə çatmışıq. Qaçqınlarəı sayı İordanya əhalisinin 20 faizinə bərabərdir. Daha çox insanı qəbul edə biləcəyimizə inanmıram”, - deyə II Abdulla bildirib.

Tags:  İordaniya kralı çox qaçqını qəbul edə biləcəyimizə inanmıram

RƏYLƏR


Top news