Birləşmiş Krallıqda işsizlik minimuma endi

Birləşmiş Krallıqda işsizlik minimuma endi
02:51 12 Noyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Avrozonada biznes sektorunun üzərində qara buludlar keçdiyi bir vaxtda, vahid valyuta zonasına üzv olmayan Böyük Britaniyada işsizlik səviyyəsi son 7 il ərzində ən aşağı səviyyəyə - 5.3 faizə düşüb. ANS PRESS-in “BBS”yə istinadən verdiyi məlumata görə yeni statistika iyuldan sentyabr ayına kimi olan müddəti əhatə edir.

Milli Statistika İdarəsi bildirib ki, sonuncu dəfə iş növbəsinə duran Britaniya sakinlərinin sayı yalnız 2008-ci ilin ikinci rübündə belə aşağı səviyyədə olub. İşsizlərin sayı 103 min nəfər azalaraq, ümumilikdə 1.7 milyon nəfərə enib. İşləyənlərin sayı isə son statistikaya görə 31.2 milyon nəfərə qalxıb.

Statistika idarəsinin rəsmisi Nik Palmer əmək bazarındakı bu inkişaf və güclənmə tendensiyasının sabit şəkildə davam etdiyini bildirib. Həmçinin qeyd olunur ki, Britaniyada çalışan işçilərin də ümumi məvacibləri, o cümlədən premiyalar və bonuslar ötən ilkiylə müqayisədə 3 faiz artıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR