Gecə klubunda ölənlərin sayı 51-ə çatdı

Gecə klubunda ölənlərin sayı 51-ə çatdı
03:09 12 Noyabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 51-ə çatıb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 11-də müalicə üçün   İngiltərəyə göndərilən 19 yaşlı oğlan və 18 yaşlı qız dünyasını dəyişib.

 

Eyni gündə gecə klubunda çıxış edən  “Goodbye to Gravity” rok-qrupunun bas-qitaraçısı Buxarestdə ölüb.

 

Son məlumatlara əsasən, Rumıniya paytaxtının xəstəxanalarında ümumilikdə 76 nəfər müalicə alır. Onlardan 24-ün vəziyyəti ağır və yaxud kritik kimi qiymətləndirilir. 29 nəfərin xarici ölkələrdə müalicə olunduğu bildirilir.

 

Xatırladaq ki, oktyabrın 31-nə keçən gecə Buxarestdə  “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub.  Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR