Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ronaldo prezidentliyə namizədliyindən danışdı

Ronaldo prezidentliyə namizədliyindən danışdı

Date: 12 November 2015 03:11

Madridin “Real” klubunun və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo FİFA prezidentliyinə namizədliyini verəcəyilə bağlı yazılanlar barədə danışıb.

ANS PRESS-in məlumatına görə, Ronaldo hazırda hər hansı yüksək post uğrunda mübarizə aparmaq niyyətində olmadığını bildirib.

Portuqaliyalı hələ futbol karyerasını bitirmədiyini və hələ uzun illər yaşıl meydanda oynamaq fikrində olduğunu vurğulayıb. “Mən demək istəmərəm ki, ağıllı deyiləm, axmağam. Ağlım da, başım da, hər şeyim öz yerində, öz qaydasındadır. Ancaq mən FİFA prezidentliyi uğrunda mübarizə aparacaq qədər təcrübəli deyiləm. Bu vəzifə uğrunda mübarizə aparmaq üçün gərək kifayət qədər təşkilatçılıq təcrübəsinə və ağıla malik olasan. Mən öz gələcəyim barədə narahat deyiləm və həyatımdan razıyam. Hazırda fiziki vəziyyətim mənə hələ qarşıdan gələn illərdə də yüksək səviyyədə futbol oynamağa imkan verir. Gələcək planlarına gəlincə, mənim həyata keçirmək istədiyim digər layihələr var. Bu layihələri reallaşdırmağım mənim üçün prezident postu uğrunda mübarizə aparmaqdan daha vacibdir”,- deyə Ronaldo bildirib.


Ronaldo və Blatter

Bu ilin oktyabr ayının sonunda Ronaldo “Forbes” jurnalının versiyasına görə dünyanın 10 ən bahalı futbol brendləri siyahısına daxil edilib. Ronaldo bu mövsüm “Real” heyətində meydana çıxdığı 11 oyunda 8 dəfə fərqlənib. Portuqaliya yığmasının hücumçusu ötən ay növbəti dəfə 2014-2015-ci illər futbol mövsümünün ən yaxşı bombardiri kimi Avropanın “Qızıl buts” mükafatını alıb. Ötən mövsümdə portuqaliyalı hücumçu 35 oyunda rəqib qapılarından 48 top keçirib. 30 yaşlı Ronaldu artıq 4-cü dəfədir “Qızıl buts”u mükafatını alır. Ondan əvvəl bu fəxri mükafatı 3 dəfə Lionel Messi, iki dəfə Herd Müller və Eysebio alıb.

Ronaldo “Real” heyətində 2011-2012-ci illərdə İspaniya çempionu olub, həmçinin 2010-2011 və 2013-2014-cü illər mövsümündə İspaniya kubokunu qazanıb. Ronaldo həmçinin FİFA nominasiyası üzrə 2014-cü ildə də 3-cü dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Tags:  Ronaldo prezidentliyə namizədliyindən danışdı


RƏYLƏR


Top news