Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı futzalçı hakimi vurduğu üçün cəzalandırıldı

Azərbaycanlı futzalçı hakimi vurduğu üçün cəzalandırıldı

Hakimi söyən ulduz futbolçu cəzalandırıldı (24 Fevral 2017 14:12)

Tarix: 12 Noyabr 2015 03:14

Rusiyanın "Viraj" klubunda çıxış edən Azərbaycan milli komandasının sabiq futzalçısı Sərxan Mikayılov hakimi vurduğu üçün sərt cəzalarla üzləşib.

 

Lent.az-ın "report"a istinadən məlumatına görə, Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi 40 yaşlı hücumçunu futbolla bağlı bütün fəaliyyətlərdən 2 il müddətinə məhrum edib.

O, həmçinin 50 min rubl (təqribən 800 manat) cərimələnib.

 

Qeyd edək ki, Sərxan Mikayılov hakimi "Kurqan"la ölkə çempionatının oyunu zamanı vurub. Referi onun qayda pozuntusuna yol verdiyini bildirdikdən sonra Mikayılov topu ədalət təmsilçisinə tərəf tullayıb. Bunun qarşılığında qırmızı vərəqə görən futbolçu hakimin sifətinə zərbə endirib.

 

 


Teqlər:  Azərbaycanlı futzalçı hakimi vurduğu cəzalandırıldı



RƏYLƏR


Top xəbərlər