“TANAP gələcək nəsillərə qoyulacaq böyük miras olacaq"

“TANAP gələcək nəsillərə qoyulacaq böyük miras olacaq"
05:16 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

"TANAP-ın tikintisi 70% yekunlaşıb" (24 Mart 2017 16:28)
Konsorsium rəhbəri: "TANAP alternativ deyil, tamamlayıcı layihədir" (13 Mart 2017 15:42)
TANAP altı layihəyə 14 mln. lirə məbləğində dəstək verəcək (10 Fevral 2017 19:02)

Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsi çərçivəsində görülən işlər plandan daha sürətlə irəliləyir.

ANS PRESS-in məlumatına görə, TANAP-dan bildirilib ki, boru kəməri 19 kilometri Çanaqqala boğazı keçidi olmaqla ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyəni şərqdən qərbə qət edəcək. TANAP layihəsində olduqca çətin ərazi və iqlim şərtlərində boruların təhlükəsiz sahəyə daşınması, yolların açılması, boruların düzülməsi və qaynaq işləri davam etdirilir.

Ərdahandan başlayaraq Ədirnədə yekunlaşacaq TANAP Türkiyədə 20 vilayət, 67 rayon və 600 kənddən keçəcək. Layihə ən müasir texnoloji mühəndislik və dizayn imkanlarından, material və avadanlıqlardan istifadə edilərək reallaşdırılır. Boru xəttinin istismar təzyiqinin yüksək olması və marşrutu boyunca çoxlu sayda keçidlərin (çay, şose yolu, dəmir yolu, telekommunikasiya və elektrik infrastrukturları və s.) olduğu üçün kəmərin inşasında yüksək müqavimətli xüsusi istehsal olunan polad boru və dirsəklərdən istifadə edilir. Buna görə də çətin keçidlər sürətlə və problemsiz dəf edilir. 90 tonluq qaldırma gücünə malik “D9 tipli” “sideboom”lar kimi xüsusi inşaat avadanlıqlarının və texnikaların istifadə edildiyi kəmərin 56 düymlük hissəsində 4 min 400 çay, şose yolu, dəmir yolu, boru xətləri, enerji nəql xətləri, su və sulama sistemləri kimi infrastruktur keçidləri mövcuddur. Bütün bu çətinliklər yüksək mühəndislik infrastrukturu və ən müasir texnoloji avadanlıqlar istifadə edilərək aradan qaldırılır və layihə planlaşdırılan qrafiki də üstələyərək sürətlə irəliləyir.

TANAP tamamlandıqda Türkiyə, Orta Şərq və Avropanın ən uzun (1850 km) və ən yüksək diametrli təbii qaz boru xətti olacaq. TANAP inşaat və istismar mərhələsində Türkiyədə beynəlxalq standartlara cavab verən ətraf mühit və sosial təsir, işçi sağlığı və iş təhlükəsizliyi metodlarının tətbiq edildiyi layihə olacaq. Bütün bu işlər üzrə layihədə 5 min 500 nəfər, ümumi işlərdə isə təxminən 10 min nəfər çalışır.

Hazırda 3 lot üzrə inşa edilən TANAP-da hər lot üzrə kanal qazma işləri davam edir, borular da sürətlə sahəyə yerləşdirilir. TANAP-ın keçdiyi ərazidə torpaq sahələrinin layihə üzrə istifadə edilən işləri tamamlanıb və boru yerləşdirmə işinin 800 kilometrlik hissəsi isə hazırda podratçılara təhvil verilib. Bu ilin sonuna kimi hər lot üzrə 50 kilometr olmaqla, 3 lotun cəmində qaynaq işləri 150 kilometri ötəcək.

TANAP-ın baş icraçı direktoru Saltuk Düzyol deyib: “TANAP iki dost və qardaş ölkə olan Türkiyə və Azərbaycanın gələcək nəsillərinə qoyacaqları böyük bir miras olacaq və bu məqsədə çatmaq üçün TANAP heyəti olaraq var gücümüzlə çalışırıq.”

TANAP layihəsinin mühəndislik, satınalma, inşaat idarəçiliyi və digər layihə fəaliyyətləri London, Bombey, Ankara, Qars, Ərzurum, Ərzincan, Sivas, Yozqat və digər yerlərdə davam edir. Boru xəttinə dair detallandırılmış mühəndislik işlərinin tamamlanma mərhələsinə gəlinən TANAP-da stansiyaların (kompressor və ölçmə stansiyaları) detallandırılmış mühəndislik işləri hazırda icra olunur.

TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Boru kəməri ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ərəblər bunu da etdi - Bundan sonra komputerdə...

30 Aprel 2017 22:58

Dünyanın seks xəritəsi: ən şəhvətli millət haradadır? - FOTO

30 Aprel 2017 22:57

Mömin qadının ailəsi cahildirsə, onların təsirindən necə qorunsun?

30 Aprel 2017 22:57

Bu bürcləri fəlakət gözləyir - astroloqdan proqnoz

30 Aprel 2017 22:57

Səudiyyə Ərəbistanının iqtisadiyyat nazirinin müavini: "Merkel "bütün səudiyyə qadınları üçün örnəkdir"

30 Aprel 2017 22:57

Bu görüntülər dünyanı heyrətə saldı

30 Aprel 2017 22:53

Adlar taleyə təsir edir?

30 Aprel 2017 22:52

Tramp 100 illik ənənəni pozub

30 Aprel 2017 22:50

Türkiyədə zəlzələ

30 Aprel 2017 22:49

İmmun sistemini necə gücləndirək?

30 Aprel 2017 22:47

Yumurta sarısının üstündəki ağ selik nədir?

30 Aprel 2017 22:42

Bu qız dodaqları ilə insanları təəccübləndirir - FOTO

30 Aprel 2017 22:42

"Avtoşluq" etmək istədi, qəza törətdi

30 Aprel 2017 22:38

Goranboyda qəza: 1 yaralı

30 Aprel 2017 22:37

Peyğəmbərin risaləti və Quran cinlərə də şamil edilir?

30 Aprel 2017 22:37

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..."

30 Aprel 2017 22:34

Castin Biberin sabiq sevgilisi çimərlikdə - FOTO

30 Aprel 2017 22:32

Liftdə qalan Bakı sakini

30 Aprel 2017 22:28

Brabus kabrioletin yeni versiyası - FOTO

30 Aprel 2017 22:27

Hadisə bir həftəyə 800 min xərclədi - FOTO

30 Aprel 2017 22:22

Kənan vilasını 5 dəfə baha satdı - FOTO

30 Aprel 2017 22:22

Radiasiyadan qoruyan qidalar

30 Aprel 2017 22:22

Kibariye Bakıda - FOTO

30 Aprel 2017 22:22

Ukraynada atışma: 1 hərbçi öldü, 6-sı yaralandı

30 Aprel 2017 22:18

Özünü digər insanlardan böyük görən xar olar

30 Aprel 2017 22:17

“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub

30 Aprel 2017 22:12

Yeni Lexus LS - FOTO

30 Aprel 2017 22:12

Bakıda mənzildə meyit tapılıb

30 Aprel 2017 22:12

Gəncədə qadın yolda vuruldu

30 Aprel 2017 22:12

Çuğundur şirəsi beyin üçün cavanlıq iksiridir

30 Aprel 2017 22:12

Zərdabda 32 yaşlı kişi bıçaqlanıb

30 Aprel 2017 22:12

Bakı sakini toyda bıçaqlandı

30 Aprel 2017 22:09

Televiziya rəhbəri öldürüldü

30 Aprel 2017 22:08

“Türk milləti bu kağız parçasını qəbul etməz" - Musa Qasımlı

30 Aprel 2017 22:05

Çimərlikdə də papağı başından çıxarmadı - FOTO

30 Aprel 2017 22:05

Qazaxda qəza - 9 yaşlı uşaq xəsarət aldı

30 Aprel 2017 22:04

Bakıda bəy toy günü faciəvi şəkildə öldü

30 Aprel 2017 22:04

Qadın sürücü qəza törətdi, qəsəbə işıqsız qaldı - FOTOLAR

30 Aprel 2017 22:03

Şəhriyar Məmmədyarov ardıcıl ikinci dəfə "ShamkirChess"in qalibi olub

30 Aprel 2017 22:02

Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?

30 Aprel 2017 21:57

Mənzildə meyit tapılıb

30 Aprel 2017 21:55

Sevgilisi tərəfindən döyüldü, bütün görüntüləri çəkdi

30 Aprel 2017 21:54

Uşağa Allahın adlarını qoymaq olar?

30 Aprel 2017 21:52

Bakıda lift qırıldı - Bəy toy günü öldü - VİDEO

30 Aprel 2017 21:48

Quranın xeyməsi sayılan surə

30 Aprel 2017 21:47

Gəncədə maşın piyadanı vurdu

30 Aprel 2017 21:44

Qazaxda "avtoşluq" etmək istədi, maşını divara çırpdı

30 Aprel 2017 21:42

Hıçqırığı necə dayandırmaq olar?

30 Aprel 2017 21:42

“Şeytan” adını alan İblis vaxtilə mələk idi?

30 Aprel 2017 21:37

Ərdoğanın keçmiş komandası peşəkar liqada

30 Aprel 2017 21:34