Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AzKİL çərçivəsində Bərdənin kəndlərində 19 layihə həyata keçirilib

AzKİL çərçivəsində Bərdənin kəndlərində 19 layihə həyata keçirilib

Date: 12 November 2015 06:08


Bərdə, 12 noyabr, AZƏRTAC
Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində bu il Bərdə rayonunun kəndlərində 19 layihə həyata keçirilib.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu layihələr çərçivəsində Soğanverdilər, Gülgəzli, Qazaxlar, Uğurbəyli, Böyük Göyüşlü, Kolayır, Otuzikilər, Şorəlli kəndlərinin qəbiristanlıqlarında abadlıq işləri aparılıb, 2 çən quraşdırılıb, 520 metr su xətti çəkilib, 5 bulaq və 8 talvar tikilib. İkinci Hacallı, Tumaslı, Mustafaağalı və Körpüsındıran kəndlərində 4 çən quraşdırılıb, 19,85 kilometr içməli su xətti çəkilib, küçələrdə 40 ədəd bulaq inşa olunub. Şirvanlı kəndində 7,5 kilometr yol qum-çınqılla əsaslı təmir edilib, yolkənarı 1,6 kilometr arxlar lildən təmizlənib. Sərkarlar, Hacallı, Kətəlparaq və Mollalı kəndlərində 30 kilometr suvarma kanalları, Həsənqaya kəndində 8,5 kilometr açıq dren-kanal lildən təmizlənib, 6 su keçidi tikilib.
AzKİL çərçivəsində rayonun kəndlərində hazırda üç layihə icra olunur.

Tags:  AzKİL çərçivəsində Bərdənin kəndlərində 19 layihə həyata keçirilib


RƏYLƏR


Top news