Cəlilabadda bina çökdü: 16 ailə təxliyyə edildi

Cəlilabadda bina çökdü: 16 ailə təxliyyə edildi
06:49 12 Noyabr 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda yaşayaş binası çöküb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhərinin Sahil küçəsində qeydə alınıb.

 

Belə ki, həmin ərazidə yerləşən ikimərtəbəli, 16 mənzilli yaşayış binasının dayaqlarından biri uçduğundan bina çöküb. Nəticədə yaşayış binası qəzalı vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə dərhal aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Mütəxəssislər binaya baxış keçirərək onun yaşayış üçün təhlükəli olduğunu müəyyənləşdiriblər.

 

Bundan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının müdaxiləsi ilə binada yaşayan 16 ailə  təxliyyə olunub. Təxliyyə edilən ailələr  rayondakı peşə liseyinin həyətində quraşdırılmış müvəqqəti çadırlarda yerləşdirilib. Yaxın günlərdə isə həmin ailələrin liseyin yataqxanasına köçürülməsi nəzərdə tutulub. Bununla bağlı rayon fövqəladə hallar komissiyası tərəfindən lazımi tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, qəzalı vəziyyətə düşən yaşayış binası ötən əsrin əvvəllərində inşa olunub və uzun müddətdən bəri təmir edilməyib.





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR