Badamlı toyuq şorbası

Badamlı toyuq şorbası
07:05 12 Noyabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az Sofra dərgisinə istinadən badamlı toyuq şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

800 q-lıq bütöv toyuq

1 st. yumru düyü

zəfəran

2 ç.q. sirkə

su

0.5 st. badam

2 x.q. kərə yağı

2 yumurtanın sarısı

1 ç.q. nişasta 

1 limonun şirəsi

nar 

duz 

Zəfəranı bir kasaya qoyub üzərinə sirkə və yarım stəkan ilıq su tökün. 2 saat saxlayıb süzün. Badamı qaynar suda 20 dəqiqə saxlayıb qabığını təmizləyin, həvəngdəstədə döyün. Toyuğu qazana qoyub üzərinə 10 st. su tökün, bişirin. Sudan çıxarıb dərisi ilə sümüyünü ayırın, ətini didin. 

Başqa bir qazana 7 st. toyuq bulyonu tökün, düyünü əlavə edib bişirin. 

Ayrı tavada kərə yağını əridin, döydüyünüz badamı əlavə edin. Rəngi dəyişənədək qovurun, şorbaya əlavə edin. Didilmiş toyuq əti ilə zəfəranlı suyu da qatın. 

Yumurta sarıları ilə nişastanı çalın. Limon suyu əlavə edin, qaynayan şorbanın suyundan 1-2 qaşıq əlavə edib qarışdırın. Şorbanın düyüsü yumşalanda hazırladığınız sousu şorbanı qarışdıra-qarışdıra nazik axınla əlavə edin. Duz vurun, 1-2 buğum qaynayandan sonra ocaqdan götürün. 

Boşqablara çəkəndən sonra üzərinə nar dənələri səpin. 

Nuş olsun! 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/381286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR