Gornboyda ağır qəza: ölən var

Gornboyda ağır qəza: ölən var
07:06 12 Noyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumata əsasən, Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlamışlar.

Hadisə yerində "Niva" markalı minik avtamobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 01:37-də başa çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR