Çoxillik bitkilərin istehsalçı qiymətləri ucuzlaşıb

Çoxillik bitkilərin istehsalçı qiymətləri ucuzlaşıb
08:03 12 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
2015-ci ilin oktyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətlərində 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində isə 1,9 faiz bahalaşma müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, birillik bitkilərdən pomidor, xiyar, sarımsaq, badımcan, soğan, kartof və şirin bibərin istehsalçı qiymətləri bahalaşıb, göy lobyanın istehsalçı qiyməti isə ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində çoxillik bitkilərdən heyva, nar, üzüm, armud, qoz və almanın istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.
Heyvandarlıq məhsullarından yumurta, ev quşları və südün istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHoxillik_bitkilerin_istehsalchi_qiymetleri_ucuzlasib-901227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR