Bizi şirnikləndirmək istəyən öldü

Bizi şirnikləndirmək istəyən öldü
09:17 12 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan bu strukturla sıx əlaqələr qurmalı, qarşılıqlı fəaliyyətdən bəhrələnməli və mümkün dividendlərdən maksimum dərəcədə faydalanmaq üçün gərəkli addımlar atmalıdır".

BRİC-lə bağlı belə açıqlamalar və çağırışlar son illərdə dəfələrlə səslənib.
Rusiyanın bir çox siyasətçiləri, dövlət xadimləri və ekspertləri də rəsmi Bakını "böyük perspektivlərə malik strukturla təmaslar qurmağa" çağırır, ölkəmizi "əldə edə biləcəyi ciddi investisiyalar və potensial inkişafın sürətlənməsi variantları" ilə şirnikləndirməyə çalışırdılar.

Söhbət BRİC adlı strukturdan gedirdi və Rusiya da Azərbaycanı bu strukturun təmsilçisi kimi "mümkün qədər sıx ikitərəfli iqtisadi-maliyyə və siyasi işbirliyinə" səsləyirdi.

Bakı tələsmədi, ekspromt tipli qərarlar vermədi və indi yaşananlar göstərir ki, belə "astagəllik" əslində elə ən dürüst siyasətmiş.

Ümidlər doğrulmadı

Dünyanın ən böyük investisiya banklarından biri "Goldman Sachs"ın Rusiya, Braziliya, Hindistan və Çin inqtisadiyyatlarına  investisiyalar yatıran BRİC (Brazil, Russia, India and China, BRİC) fondu qapadılıb.
Daha doğrusu, fond fəaliyyətini dayandırıb.

ABŞ-ın Birjalar və Qiymətli Kağızlar Komissiyasının (U.S. Securities and Exchange Commission) sənədlərinə görə, BRİC fondu bundan belə "Goldman Sachs"ın inkişaf etməkdə olan bazarlara dəstək Fondunun tərkibində kiçik istiqamət olacaq.
Qərarın səbəbi fondun son illərdə məruz qaldığı ağır itkilərdir. Belə ki, 2010-cu ildən etibarən fondun gəlirləri 21 faiz azalıb, aktivlərinin ümumi həcmi isə 5 il əvvəlki pik göstəricilərlə müqayisədə 88 faiz aşağı düşüb.
Analitiklərin fikrincə, fondun təsisçiləri Çin iqtisadiyyatına sərmayələrin yüksək gəlir səviyyəsinə bel bağlamaqla yanaşı, Rusiya, Braziliya və Hindistanda sürətli iqtisadi inkişafın davam edəcəyini düşünürdülər. 
Hələ 2011-ci ildə "Goldman Sachs"ın belə nikbinliyinin heç bir səbəbi olmadığı deyilmiş, BRİC-ə daxil olan ölkələrdə işsizlik səviyyəsinin artacağı, sənaye istehsalı və ümumdaxili məhsulun (ÜDM) aşağı düşəcəyi təxmin edilmişdi.
Situasiya proqnozlaşdırılandan da pis oldu.
Krım və Ukraynadakı olaylara görə Rusiya Qərbin sanksiyalarına məruz qaldı, Hindistanda iqtisadi istalahatların tempi zəiflədi, Çində iqtisadi inkişafın intensivliyi azaldı.
"Goldman Sachs" bankı durumun o qədər də pis olmadığı görüntüsünü yaratmaq üçün bəyan edib: "Fondların birləşdirilməsi yeni investorları cəlb edəcək, çünki ölkələrin sayı və sərmayə variantlarının sayı artır.

Uğursuz kərpicin ölümü

BRİC fondunun qapanması, fəaliyyətini dayandırması bu ideyaya hətta onun banilərinin və müəlliflərinin də inanmadıqlarını göstərir.
İngilis dilində "brick", yəni "kərpic" kəlməsinə bənzəyən BRİC amerikalı iqtisadçı, 2000-ci illərdə "Goldman Sachs"da çalışmış Cim O`Nillin tapıntısıdır.

2001-ci ildə o, "Build better BRİCs" adlı məqalə ilə çıxış edərək dünya iqtisadiyyatının gələcəyinin böyük, amma inkişaf etməkdə olan və əhalisi çox ölkələrlə bağlı olduğunu bildirmişdi. O`Nill bu ölkələr qismində Braziliya, Çin, Rusiya və Hindistanı gördüyünü vurğulamışdı.
Bu ölkələrin iqtisadiyyatlarının strukturları, siyasi modelləri və dünya birliyi ilə münasibətləri fərqli olduqlarından həmin dövlətləri birləşdirəcək dəyərləri düüşünmək çətindi.
O`Nill belə iddia ilə çıxış etdi və çox qısa zamanda məşhurlaşdı.
BRİC ideyası yaranan kimi mübahisələr başladı. İqtisadiyyatı stabil olmayan Rusiyanı bu birliyə şamil etmək nə dərəcədə doğrudur? Birliyə başqa ölkələri, məsələn, Cənubi Afrika Respublikasını da daxil etmək olarmı? Bəlkə, BRİC elə Braziliya olmadan da normal fəaliyyət göstərə bilər?
Suallar çox, mübahisələr qızğındı.
Amma hər şeyə rəğmən, BRİC ideyası inkişaf etməkdə olan dövlətlərlə yanaşı, Qərbdə bir sıra iqtisadçılar və strukturlar tərəfindən pis qarşılanmadı. BRİC-lə bağlı fondlara pul yatıran investorlar isə böyük gəlirlər əldə edirdilər.

Niyə də olmasın ki... 

2000-ci illərin ortalarında Braziliya iqtisadiyyatı ildə 5-6 faiz, Rusiya - 7 faiz, Hindistan - 9-10 faiz, Çin isə 12-14 faizlik illik inkişaf sərgiləyirdi.

BRİC termini ilə siyasətçilər də maraqlanmağa başladılar. 2009-cu ildə Rusiyada BRİC-in ilk zirvə toplantısı keçirildi, tədbirə Braziliya, Rusiya, Hindistan və Çinin dövlət başçıları qatıldılar. İki il sonra isə artıq iqtisadi yox, siyasi birliyə çevrilmiş BRİC sıralarına Cənubi Afrika Respublikası da qatıldı.
2012-ci ildə BRİC ölkələri birgə inkişaf bankının yaradılmasına qərar verdilər.
Bir sözlə, qurum yalnız formal qaydada investisiyalarla bağlı olan fəaliyyətdə idi.
Çünki strukturdakı ölkələrin liderlərinin fikrincə, sırf iqtisadi baxımdan BRİC ilkin mənasını və mahiyyətini itirmişdi.

İnkişaf əvəzinə geriləmə

2008-ci ildə başlanan qlobal maliyyə-iqtisadi böhransa BRİC ölkələrində, yumşaq desək, hər şeyin normal olmadığını, iqtisadi inkişaf göstəricilərinin sabun köpüyünə bənzədiyini göstərdi. Xam neft və təbii qazın satış qiymətləri ucuzlaşan kimi Rusiyada resessiya başladı.

Daha sonra qlobal bazarlarda metalların qiymətləri ucuzlaşdı və Braziliya iqtisadiyyatında ağır problemlər baş qaldırdı.
Çində iqtisadi inkişaf əvvəlki illərlə müqayisədə 70 faiz gerilədi.
O`Nill və başqa iqtisadçılar inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına marağın səngiməsinə yol verməmək üçün yeni terminlər "istehsal"ına başladılar.
Həmin terminlər arasında "Next-11" (Banqladeş, Misir, İndoneziya, İran, Meksika, Nigeriya, Pakistan, Filippin, Türkiyə, Cənubi Koreya və Vyetnam), MİNT (Meksika, İndoneziya, Nigeriyya, Türkiyə), CİVETS (Kolumbiya, İndoneziya, Vyetnam, Misir, Türkiyə və Cənubi Afrika Respublikası), hətta "Chindia" (Çin və Hindistan) da vardı.
İqtisadçılar və media sadalanan terminlərlə maraqlansalar da, onların heç biri BRİC qədər cazibədar olmadı.
Üstəlik, "Next-11", CİVETS və ya MİNT adlı siyasi birlik də yaradılmadı.
"Goldman Sachs"ın yaratdığı və BRİC ölkələrinin iqtisadiyyatlarına investisiyaları nəzərdə tutan fondun aktivləri 2010-cu ildə 842 milyon dollara endisə, ötən ay cəmi 98 milyon dollar təşkil edib.
Halbuki 2000-2010-cu illərdə BRİC ölkələrinin İSCİ indeksi üzrə gəlirlilik səviyyəsi 308 faizə bərabər olmuşdu.
Baş verənlərin səbəbi sadədir.
BRİC-in gündəmə gətirildiyi gündən keçən 14 il ərzində müəyyən formal nişanələr və təzahürlər əsasında "birlik" formatında təqdim olunan müəyyən ölkələrin iqtisadiyyatlarına investisiyalar ideyası özünü doğrultmadı. Həmin ölkələrin ayrılıqda davranışı, onların iqtisadiyyatlarındakı vəziyyət daha önəmlidir.

Rusiyada devalvasiya baş verib, yerli şirkətlərin sanksiyalara görə Qərb bazarlarına çıxışları çətinləşib. Hakimiyyətdə korrupsiya və rüşvətxorluqla bağlı qalmaqalın səngimədiyi Braziliyada iqtisadiyyat son 25 ildə ən ağır geriləmə, resessiya dövrünü yaşayır. Çində hakimiyyət dairələri fond bazarında gah yeni qovuq şişirdir, gah da bu qovuğu partladırlar.
Hindistanda ağır maliyyə böhranıdır və sənaye istehsalı həcmi aşağı düşüb.
Yəni BRİC ölkələrinin hamısında ciddi, mahiyyət etibarilə fərqli problemlər var.

Bəs biz nə edək?

Təbii ki, rəsmi olaraq BRİC termini ləğv olunmayıb. Çünki hansısa sözü, anlayışı və ya ifadəni rəsmi göstərişlə, bəyanatla, açıqlama ilə ləğv etmək, unutdurmaq mümkün deyil.

Amma BRİC ideyasından hətta onun "ata"sı "Goldman Sachs"ın da əl çəkməsi "kərpic" ideyasının məhvini göstərir.
İnkişaf etməkdə olan dövlətlərin belə kvazibirliyinin perspektivsiz olduğunu analitiklər illər əvvəl desələr də, Çin və Rusiya əksini iddia edir, BRİC-in inkişafının labüd olduğunu, hətta struktura yeni dövlətlərin üzv qismində qatılacağını iddia edirdilər.
Belə bəyanatlar indi də davam edir və rəsmi Moskva artıq məhvə doğru gedən idefiksi gündəmdə saxlamağa, xəyallarını imkanların reanimasiyası kimi təqdim etməyə çalışır.
Bakını şirnikləndirmək istəyən fondun faktiki "ölü" sayıldığını nəzərə alsaq, Azərbaycan indi iqtisadiyyatının qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirmək üçün MDB və Avropa Birliiyi təki əks qütblü istiqamətlərdə əlaqələrini intensivləşdirməklə yanaşı, Asiya bazarlarına çıxışlarını da gücləndirməlidir.
İqtisadiyyat çoxsaylı istiqamətləri, gəlirlər isə fərqli situasiyalardan bəhrələnməyi sevir.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rəqsanənin qızı gəlinlikdə - FOTO

24 İyun 2017 14:37

İsti hava can aldı

24 İyun 2017 14:36

İlk döndərilən yumşaq robot hazırlanıb

24 İyun 2017 14:35

Azərbaycan və Rusiya gömrükçüləri arasında müzakirə

24 İyun 2017 14:33

Putin kəşfiyyatdakı işindən danışdı: “Mən qeyri-leqal…”

24 İyun 2017 14:33

Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub

24 İyun 2017 14:32

Formula 2-nin Bakı qalibi: "Bu tras o qədər də təhlükəli deyil"

24 İyun 2017 14:27

"Qəbələ"də yeni müdafiəçi

24 İyun 2017 14:27

Sosial şəbəkədə YENİ TƏHLÜKƏ

24 İyun 2017 14:23

İnsanın buraxdığı qazlar haqqında 99 faiz heç kəsin bilmədiyi 12 fakt

24 İyun 2017 14:23

Formula 1: Colion Palmerin idarə etdiyi "Renault" bolidi sərbəst yürüş zamanı yanıb

24 İyun 2017 14:22

Məşhurlar bayramı harada qeyd edəcək?

24 İyun 2017 14:22

Leysana görə 100-dən çox evi su basdı - AZƏRBAYCANDA

24 İyun 2017 14:19

Terrorçu qruplaşmanın maliyyə rəhbəri öldürüldü

24 İyun 2017 14:17

Azərbaycana tütün idxalı illik 11% artıb

24 İyun 2017 14:12

Ürəyinizin sağlam olması üçün alça yeyin

24 İyun 2017 14:10

Bakı sakini qeyri-rəsmi övladını anasından alıb - FOTOLAR

24 İyun 2017 14:09

Bəşəriyyəti onlarla məhv edəcəklər: Beş dövlətin QORXUNC PLANLARI - VİDEO

24 İyun 2017 14:08

Formula 1 pilotlarının sonuncü sərbəst yürüşü başladı

24 İyun 2017 14:08

Surinam əsilli holland "Qəbələ"yə gəldi - RƏSMİ

24 İyun 2017 14:07

Xalq artistinin vəziyyəti ağırdır: "Həyatını itirə bilər"

24 İyun 2017 14:05

21 yaşlı oğlan gecə yarısı sevgilisi ilə qarajda gizlicə görüşdü və... - QANDONDURAN OLAY

24 İyun 2017 14:03

Bayram günlərində gömrükdə sıxlığın aradan qaldırılması müzakirə olunub

24 İyun 2017 14:01

TürkPA-da bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

24 İyun 2017 14:01

Avtomobil qaçıran yeniyetmələr qəzaya düşüb

24 İyun 2017 13:59

Avtobus şoferlərinə mini ətək geyinməyə icazə verildi

24 İyun 2017 13:59

ABŞ kəşfiyyatının işgəncə üsulları HAMINI ŞOKA SALDI

24 İyun 2017 13:58

Qız onunla evlənmək istəməyən sevgilisini kişilikdən məhrum etdi

24 İyun 2017 13:57

"Qəbələ" klubu hollandiyalı müdafiəçi transfer edib

24 İyun 2017 13:57

"Şaxtyor"un qapıçısı "Qarabağ"da

24 İyun 2017 13:55

Mingəçevirdə 100-dən çox yaşayış evini su basıb

24 İyun 2017 13:52

Bayram Səfərovdan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA: "Cəfəngiyyatdır"

24 İyun 2017 13:52

Pakistanda bir gündə 3 partlayış: ölənlərin sayı 70-ə çatıb

24 İyun 2017 13:50

Finlandiyalı turist: Yarışları izləmək üçün tamaşaçılar üçün rahat şərait yaradılıb

24 İyun 2017 13:50

Qızları daha cəlbedici göstərən dərin yarıqlı don dəbi - FOTOLAR

24 İyun 2017 13:48

"İnter" bu mərhələni adlayacaq gücdədi"

24 İyun 2017 13:47

Xalq artistinin oğlu

24 İyun 2017 13:47

Külli miqdarda qızılın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

24 İyun 2017 13:43

Formula 2 üzrə birinci yarışın qalibi məlum oldu

24 İyun 2017 13:43

Türkiyə şəhid verdi

24 İyun 2017 13:43

Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin cəzası azaldılıb

24 İyun 2017 13:42

Qəzaya düşən motosiklet sürücüsü öldü

24 İyun 2017 13:39

İstirahət mərkəzində kişilərə FANTASTİK İMKAN: lüt qızlar, inanılmaz əyləncə və BOL SEKS

24 İyun 2017 13:38

Şarl Lekler Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi olub

24 İyun 2017 13:37

Masallıda inəkləri güllələdilər - VİDEO - FOTO

24 İyun 2017 13:37

İqtisadiyyat naziri Qaxda vətəndaşları qəbul edib (FOTO)

24 İyun 2017 13:36

Bakıda evli qadın kişiləri evinə çağırdı, əri gəldi və...

24 İyun 2017 13:36

Klaviatura formasında kompüter hazırlanıb

24 İyun 2017 13:35

Polis Bakı metrosunda itirdiyi pulqabı və sənədləri turistə təhvil verib

24 İyun 2017 13:32

Polis niderlandlı turisti çətin vəziyyətdən xilas etdi

24 İyun 2017 13:29