Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəhvənin bilmədiyiniz faydaları

Qəhvənin bilmədiyiniz faydaları

Date: 12 November 2015 09:27

Qəhvənin sağlamlığa faydalı olduğunu, demək olar ki, hər kəs bilir. Bu içkinin çöküntüsündən də müxtəlif məqsədlərlə faydalana bilərsiniz.

Milli.Az publika.az-a istinadən qəhvə çöküntüsündən istifadə qaydalarını təqdim edir:

Bitkilər üçün gübrə

Qəhvənin çöküntüsü torpağı yumşaldır, bitkiyə zərər verən böcəkləri torpaqdan uzaqlaşdırır. Ona görə də qəhvənin çöküntüsünü atmaq əvəzinə, dibçəklərin dibinə tökün.

Yemək qalıqlarını təmizləyin

Yeməyi yandırmısınızsa, böyük ehtimalla qazanı təmizləmək işgəncəyə çevriləcək, ancaq qəhvə çöküntüsündən istifadə edərək bu problemi aradan qaldırmaq olar. Qazanın və ya tavanın dibini qəhvə çöküntüsü ilə sürtün.

Soyuducunuz gözəl qoxusun!

Qəhvə çöküntüsünü qurudun. Daha sonra kiçik bir kasanın içərisinə töküb soyuducuya qoyun. Soyuducudakı pis qoxular aradan qalxacaq.

Gözəllik sirri

Qəhvənin çöküntüsü dəri üçün çox faydalıdır. Ondan skrab kimi istifadə etməklə üz dərisindəki qara nöqtələri aradan qaldırmaq olar. Bədən skrabı kimi istifadə etdikdə isə qan dövranını sürətləndirir, sellüliti azaldır.

Milli.Az


Tags:  Qəhvənin bilmədiyiniz faydaları

RƏYLƏR


Top news