Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın ən bahalı brilyantlarından biri satıldı

Dünyanın ən bahalı brilyantlarından biri satıldı

Date: 12 November 2015 09:47

Çərşənbə günü axşam Cenevrədə "Sotheby`s" hərracında çəkisi 12,03 karat olan "Blue Moon" (Mavi Ay) brilyantı 48.63 milyon ABŞ dollarına satılıb. O, bu günə kimi hərraca çıxarılan ən nadir qiymətli daşlardan birisi hesab olunur.

"Report"-un məlumatına görə, bu barədə "İnterfaks" agentliyi xəbər yayıb.

Qiymətli daşın yeni sahibi zalda olsa da, onun adı açıqlanmayıb.

2014-cü ilin yanvar ayında Cənubi Afrikada tapılan almazın cilalanmasından sonra əldə olunan "Blue Moon" daxilən qüsursuz brilyant hesab olunur.

Milli.Az


Tags:  Dünyanın bahalı brilyantlarından biri satıldı


RƏYLƏR


Top news