Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

Date: 12 November 2015 09:48

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elmir Murad/

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "Niva" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində bir nəfər həlak olub.

Qəza yerinə gələn FHN-nin xilasetmə qüvvələri tərəfindən "Niva" markalı minik avtomobilində olan sərnişin - 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

RƏYLƏR


Top news