Məzənnə dəyişdi

Məzənnə dəyişdi
09:52 12 Noyabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün noyabrın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib. 

APA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0503 manat olub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avrozonanın vahid valyutası 0,0001 manat və ya 0,01% artaraq 1,1302 manata yüksəlib.
 
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,23% azalaraq 0,0161 manat səviyyəsində qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/381816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR