Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

«Ağıllı» saatlar insanın əlindəki əşyanı «tanıyacaq»

«Ağıllı» saatlar insanın əlindəki əşyanı «tanıyacaq»

Date: 12 November 2015 09:56

«Disney Research»in hesabatına əsasən, Karneqi Mellon Universitetinin tədqiqatçıları və «Disney»in mütəxəssislərinin hazırladığı "ağıllı" saat prototipi insanın əlindəki metal əşyanı və ya elektrik cihazını «tanıyır».
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, insan metal əşyaya və ya elektrik cihazına toxunduqda "ağıllı" saat əşyanın növünü müəyyən edərək onun adını saatın ekranına çıxarır. Bu halda insan bədəni xüsusi antenna rolunu oynayır.
 
 
Layihənin müəllifləri yeni hazırlamanın köməyi ilə informasiyanı saatın ekranına çıxartmağı təklif edirlər. Məsələn, əgər insan işlək «3D» printerə toxunursa, "ağıllı" saatın ekranına əşyanı çap etmək üçün lazım olacaq vaxt haqda informasiya çıxarılır və ya motosiklin tanınması zamanı saat daha optimal marşrut təklif edə bilər.
 
 
Emil Hüseynov


Tags:  Ağıllı saatlar insanın əlindəki əşyanı tanıyacaq


RƏYLƏR


Top news