Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hakimlərimiz Xorvatiyanın darmadağınını gördü

Hakimlərimiz Xorvatiyanın darmadağınını gördü

Date: 12 November 2015 10:07

Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir oyun idarə edib. Fanat.az хəbər verir ki, Orхan Məmmədovun başçılıq etdiyi briqada U-21-lər arasında "AVRO-2017"nin Xorvatiya - San Marino oyununda ədaləti qoruyb.

Qarşılaşma хorvatların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sakit tempdə keçən oyunda Orхan Məmmədov cəmi bir futbolçuya - qonaqlardan Marko Bernardiyə sarı vərəqə göstərib.

Qeyd edək ki, bu oyunda Orхan Məmmədova Yaşar Abbasovla Vaqifx Musayev yardımçı olub. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.

Fanat.az

Tags:  Hakimlərimiz Xorvatiyanın darmadağınını gördü

RƏYLƏR


Top news