Azərbaycanın bahalı məmurları

Azərbaycanın bahalı məmurları
10:11 12 Noyabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Gələn ilin yanvar ayından başlayaraq dünyanın ikinci supergücü Rusiyanın nazirləri 40 min dollardan (2,5 milyon rubldan) bahalı avtomobillər ala bilməyəcəklər.

ANS PRESS-in məlumatına görə, bu, Azərbaycan məmurlarının istifadə etdiyi ən ucuz avtombildən iki dəfədən çox ucuzdur. Bu fikri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi (İTYM) tərəfindən bir müddət öncə aparılmış araşdırmaya əsasən söyləmək mümkündür. İTYM həmin araşdırması ilə müəyyən etmişdi ki, Azərbaycanda vəzifəli şəxslərin avtomobillərinin dəyəri 80 - 200 min avro arasında dəyişir. Qurum araşdırmasını açıqladıqdan sonra rəsmi dairələrdən heç bir təkzib açıqlaması gəlmədi və rəqəmlər bir növ təsdiqləndi.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev keçən 1-2 il ərzində vəziyyətin dəyişmədiyini, yüksək çinli məmurların yenə də bahalı avtomobillərdə gəzdiyini bildirir. “Rəsmi olmasa da, nazirlik və qurumlarda avtomobillərin qiymətinin yuxarı həddinə müəyyən şifahi hədd qoyulub, çünki büdcədən ayrılan bu pullar məhduddur. Amma bəzi nazirlər bu həddə riayət etmirlər və hətta 500 min dollarlıq avtomobillərdə gəzirlər. Ola bilsin ki, avtomobili qeyri-rəsmi pullarla alıb, limit çərçivəsində rəsmiləşdirirlər”,- deyə Oqtay Haqverdiyev ANS PRESS-ə bildirib.


Oqtay Haqverdiyev - Nazirlər Kabinetinin sabiq şöbə müdiri

İqtisadçı ekspertin sözlərinə görə, qurumlar avtomobil sayına qoyulmuş məhdudiyyəti də pozurlar: “Mən işləyən zaman bir dəfə araşdırma aparmışdıq. Komitələrdən biri 4 avtomobil əvəzinə 10 avtomobil almışdı. Baş idarə nəzərdə tutulandan artıq 6 avtomobili tabeçiliyində olan bölmələrin adına rəsmiləşdirmişdi”.

Oqtay Haqverdiyev Rusiya təcrübəsindən yararlanaraq dövlət məmurlarının istifadə etdiyi avtomobillərin yuxarı qiymətinə və sayına rəsmi səviyyədə məhdudiyyət qoyulmasını vacib sayır: “Rusiyanın dövlət institutları bu sahədə araşdırma apardıqdan sonra rəsmi qərar veriblər. Azərbaycan da bu təcrübədən yararlanmalıdır. Prezident İlham Əliyev də dəfələrlə dövlət xərclərinə qənaət etməyin vacibliyini vurğulayır”.

Rusiya baş naziri Dmitri Medvedevin imzaladığı hökumət sərəncamına görə, gələn ildən federal agentliklərin rəhbərləri isə daha ucuz avtmobillərdə gəzməlidirlər. Onların avtmobillərinin qiyməti 31 min dolları (2 milyon rubl) keçə bilməz. Federal dövlət qurumlarının bölmə rəhbərlərinin avtomobilləri isə 24 min dollardan (1,5 milyon rubl) baha ola bilməz.

Rusiyada bəzi yüksək çinli məmurlar Medvedevin müvafiq sərəncamından da əvvəl qənaət məqsədi ilə ucuz avtmobillərə üstünlük veriblər. Məsələn, Çeçenistan lideri Ramzan Kadırov artıq neçə illərdir ki, 20 min dollarlıq avtomobildə gəzir. Kadırovun mühafizəsində işləyənlər avtmobil barədə zarafat etməyi çox sevirlər: “Yaxşı maşındır, qırılmır, yaxşı gedir. Amma onun da qüsuru var - həddindən çox ucuzdur”.


Ramzan Kadırovun xidməti avtomobili

Azərbaycan məmurları barədə isə bunu demək mümkün deyil. İstər 2015-ci ilin, istərsə də 2016-cı ilin büdcələri göstərir ki, Azərbaycanda məmur aparatının saxlanmasına böyük pullar xərclənir. Məsələn, 2015-ci ilin dövlət büdcəsində məhkəmə, hüquq-mühafizə və icra hakimiyyəti sistemlərinin maliyyələşdirilməsi üçün 1,771 milyon manat nəzərdə tutulub. Büdcə layihəsi qəbul olunan zaman 2,2 milyard dollara ekvivalent olan bu rəqəm bəzi MDB ölkələrinin büdcəsindən böyük idi. Qırğızıstan eyni vaxtda qəbul edilmiş 2015-ci il dövlət büdcəsinin toplam xərcləri 2 miylard dollar keçmirdi.

Onu qeyd edək ki, aparılan hesablamalarda aydın olur ki, xidməti avtomobillərin alınması üçün orta hesabla ildə təxminən 80-100 milyon manata yaxın vəsait xərclənir. Üstəlik həmin qurumların əməkdaşları bir çox hallarda bu maşınlardan xidməti deyil, şəxsi məqsədlər üçün istifadə edirlər. Bəzi rayon icra hakimiyyətlərində orta səviyyəli məmurlar xidməti maşınları əldə etmək üçün öz rəhbərlərinə qeyri-rəsmi pul ödədiklərini iddia edirlər.

Bu rəqəm Azərbaycan çərçivəsində də yetərincə böyük sayılır. Məsələn, ölkənin 5 minə yaxın orta məktəbinin əmək haqqı qarışıq bütün xərclərindən 2 dəfə çoxdur. Büdcədə ümumi təhsil məktəblərinin toplam xərcləri üçün 898 milyon manat ayrılıb. Pensiya təminatı üçün isə büdcədən cəmi 1,1 milyard manat ayrılıb.

2015-ci ilin büdcə xərclərində bəzi sahələrin payı (milyon manatla)


Göründüyü kimi, müəllimlərə və pensiyaçıların yoxsul həyatı ilə məmur aparatının israfçı xərcləmələri arasında ciddi disbalans mövcuddur. Azərbaycan yüksək çinli dövlət məmurlarının bu israfçılığına son qoymalıdır. Onsuz da məmurlar sadə vətəndaşlara bürokratik əngəllər yaratmaqla yetərincə qeyri-rəsmi vəsait əldə edirlər. Rəsmi səviyyədə sadə insanların vəziyyətinin nisbətən yaxşılaşdırılması vətəndaşlarda Azərbaycan dövlətinə inamı qat-qat artıra bilər.


Məmurların yedikləri milyardlar

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

31 yaşlı gəncin köməyinizə ehtiyacı var

23 İyun 2017 12:59

ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

23 İyun 2017 12:57

"15 manata götürməliydim, eşitdim tutublar" - Narkotik satan müəllim saxlanıldı - VİDEO - FOTO

23 İyun 2017 12:57

Hava limanında şübhəli şəxs saxlanıldı

23 İyun 2017 12:56

XİN: Azərbaycan və Kosta Rika arasında əməkdaşlıq üçün geniş imkanlar var

23 İyun 2017 12:55

Bakıda sex yanıb

23 İyun 2017 12:54

Bakıda 29, rayonlarda 32 dərəcə isti olacaq

23 İyun 2017 12:53

Azərbaycanda oyunbazların sayı kəskin artdı...

23 İyun 2017 12:52

Dənizçilər peşə bayramını qeyd edirlər

23 İyun 2017 12:50

Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu

23 İyun 2017 12:50

Nəqliyyat və telekommunikasiya xidmətləri

23 İyun 2017 12:50

Nigar Camal Bakı Yol Polisi ilə birgə layihələr həyata keçirəcək

23 İyun 2017 12:48

Mədət Quliyev Formula-2 yarışlarını izlədi - FOTO

23 İyun 2017 12:47

İllərdir axtarışda olan terrorçu belə yaxalandı - VİDEO

23 İyun 2017 12:47

Tarkan Bakıdadır – FOTO

23 İyun 2017 12:47

Salyanda bədbəxt hadisə

23 İyun 2017 12:44

“Başqa şans qalmayıb, yalnız…” – Gürcüstanda radikal ssenari İŞƏ DÜŞDÜ

23 İyun 2017 12:43

Qızın dili dondurmaya yapışdı - VİDEO

23 İyun 2017 12:43

Sumqayıtda qadın körpə qızı ilə birlikdə itkin düşüb

23 İyun 2017 12:42

Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var

23 İyun 2017 12:42

"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli - FOTO

23 İyun 2017 12:42

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

23 İyun 2017 12:42

Sərxandan Səbuhiyə: "Səni kişi bilirdim..."

23 İyun 2017 12:42

Bakıda sevgilisinin öpdüyü qız qorxulu xəstəliyə tutuldu

23 İyun 2017 12:41

Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar?

23 İyun 2017 12:37

Domino daşlarından maraqlı şou

23 İyun 2017 12:36

Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

23 İyun 2017 12:35

7 yaşlı Leylanı ayağa qaldıraq! - YARDIM - FOTOLAR

23 İyun 2017 12:34

"Müğənnilər qapıda yatırlar ki, heç olmasa bir dəfə bizi çək" - Reper Qurd - VİDEO - FOTO

23 İyun 2017 12:32

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin investisiyaları 300 mln. dollara çatacaq

23 İyun 2017 12:32

Məşhur aktyor Trampı öldürməklə hədələdi

23 İyun 2017 12:32

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxsin işi ekspertizaya göndərilib

23 İyun 2017 12:32

"Yuventus" gənc yarımmüdafiəçini icarəyə götürmək istəyir

23 İyun 2017 12:32

“Buta Airways”in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq

23 İyun 2017 12:32

Yunanıstanda helikopter QƏZASI - Yaralanan və ölənlər var

23 İyun 2017 12:29

"Qəbələ" Bolqarıstan çempionuna uduzdu

23 İyun 2017 12:27

Neftçala sakininin evində saxladığı sənədsiz silah götürülüb

23 İyun 2017 12:27

Velosipedçi "Shacman"ın altında qaldı

23 İyun 2017 12:27

ABŞ müdafiə nazirindən türkiyəli həmkarına

23 İyun 2017 12:27

Türkan Şorayın bacısı azərbaycanlı müğənniyə vəd verdi - VİDEO

23 İyun 2017 12:23

Satışda saxta alkoqollu içkilər AŞKARLANDI

23 İyun 2017 12:22

Azərbaycana qarşı savaşmaq üçün Qarabağa gətirilən əfqanlardan GÖZLƏNİLMƏZ GEDİŞ

23 İyun 2017 12:18

Türkiyədən qaçdığı deyilən Tuba "Cesur ve Güzel"in final gecəsində - FOTO

23 İyun 2017 12:17

Fransız məşqçi millimizin üzvündən imtina etdi

23 İyun 2017 12:17

Ət alarkən bunlara diqqət edin

23 İyun 2017 12:17

"Shacman" velosipedçini vurub öldürüb

23 İyun 2017 12:15

Conni Depp Trampı öldürməklə hədələyib

23 İyun 2017 12:15

Bayramda əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

23 İyun 2017 12:15

Bu gəncin köməyinizə ehtiyacı var

23 İyun 2017 12:15

Qroznıdan Azərbaycan sərhədinədək böyük tıxac yaranıb

23 İyun 2017 12:14