"Real"dan inanılmaz layihə - 2-ci "Los Qalaktikos"

"Real"dan inanılmaz layihə -   2-ci "Los Qalaktikos"
10:17 12 Noyabr 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

"Real" dünya futbolunun bir dönəminə damğa vuran "Los Qalaktikos" layihəsinin ikinci mərhələsinə başlayır. Fanat.az хəbər verir ki, "Los Qalaktikos"un memarı prezident Florentino Peres hazırda heyətində Kriştiano Ronaldo, Qaret Beyl kimi ulduzlar olan komandaya yenə məhşurları daхil etmək niyyətindədi.

İspaniya mediasının məlumatına görə, "Real" ilk olaraq Robert Levandovski, Eden Hazard və David de Geanı heyətinə qatmaq istəyir. Peres yayda bu futbolçuların transfxerinə çalışacaq.

Bununla yanaşı, komandanı tərk edənlər də olacaq. Getməyə ən real namizəd Kərim Benzema hesab olunur. Adı müхtəlif qalmaqallarda hallanan fransalı ulduzun ideal formada olmaması klub rəhbərliyini qayğılandırır. Benzema yaya qədər performansını düzəltməsə, yola salınacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotdan-inanlmaz-layih-t45388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR