"Çelsi" Oskarını itirəcək?

"Çelsi" Oskarını itirəcək?
10:27 12 Noyabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin futbolçusu Oskar qışda komandasını dəyişə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Yuventus"un maraq dairəsinə düşüb.

Turin təmsilçisi yanvar ayında 24 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. İtaliya təmsilçisi gələn ay "Çelsi" ilə danışıqlara başlayacaq. London klubunun əsas heyətindən kənarda qalan Oskarın da komandadan ayrılmaq istədiyi bildirilir.

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyan Oskar keçirdiyi 99 rəsmi oyunda 19 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR