Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əsl adım unudulub" - "Toppuş bacı"

"Əsl adım unudulub" -  "Toppuş bacı"

Date: 12 November 2015 10:31

Əməkdar artist Tünzalə Əliyeva bir çoxlarının onun gerçək adını bilmədiyini deyib.

Axşam.az-ın məlumatına görə, aktrisa onu “Toppuş bacı” kimi daha çox tanıdıqlarını bildirib:

“Bu ləqəbi çox sevmişəm. Mənə uğur gətirib. Getdiyim hər yerdə məni görəndə “Toppuş bacı” deyirlər. Hamı mənə və bu ləqəbə hörmətlə yanaşıb. Əgər lazım gələrsə, bu ləqəbə son qoyub, başqa adla tanınmağa çalışacam. Hətta insanlar gerçək adımı bilmirlər, Tünzalə Əliyeva yaddan çıxmış vəziyyətdədir. Hansısa bir ciddi yerə gedəndə deyirlər ki, “Üzr istəyirəm, adınız nə idi?”. Amma son günlər məni Durna kimi də tanıyırlar”.

Qeyd edək ki, T.Əliyeva “Qardaşlar” serialında Durna obrazını canlandırır.

Tags:  Əsl adım unudulub Toppuş bacı

RƏYLƏR


Top news