FIFA hakimlərimizin siyahısı müəyyənləşdi

FIFA hakimlərimizin siyahısı müəyyənləşdi
10:37 12 Noyabr 2015
15 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FIFA hakimlərinin 2016-cı il üçün nəzərdə tutulan siyahısında heç bir dəyişiklik baş verməyəcək. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, siyahıya yalnız bir futzal hakimi əlavə olunub. Bu, Fərid İslamovdur. İslamov bu ilin yanvarında avtomobil qəzasında dünyasını dəyişmiş Xəlil Hüseynlinin yerinə namizəd göstərilib. 

X.Məmmədov futbol hakimlərinin qış təlim-məşq toplanışına da böyük ölçüdə aydınlıq gəldiyini bildirib. Keçmiş FİFA referisi yenə Türkiyənin Antalya bölgəsində hazırlıq keçəcəklərini açıqlayıb: "Güman ki, toplanış həmişəki kimi, Türkiyənin Antalya şəhərində olacaq. Hakimlərin sayı və kimliyi məlum deyil. Ola bilsin, qarşıdakı turlarda kimsə özünü pis aparsın. Toplanışda, adətən, bir neçə gənc hakim və mövsümün ilk yarısında oyun idarə edənlər iştirak edir. Hər toplanışda 2-3 gənc hakimə yer veririk. Onlardan bu sınağı uğurla keçəni də, keçməyəni də olur".

Qeyd edək ki, bu il Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov FİFA referisi, Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev və Rza Məmmədov FİFA laynsmanları, Elçin Səmədli, Yusif Nurullayev və Ramil Namazov beynəlxalq dərəcəli futzal hakimləri statusundadırlar. Çimərlik futbolu üzrə FIFA referiləri Əfqan Həmzəyev, İnqilab Məmmədov və Sədaqət Vəliyeva, qadın FIFA referiləri Səbayel Qurbanova və Yuliya Qurbanova, qadın FIFA referi köməkçiləri Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə və Lamiyyə Sadıqovadır.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-hakimlrimizin-siyahs-muyynldi-t45390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR