Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib

16:12 29 Dekabr 2014
303 Sosial
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 16:03 ]

Bakı. Rəşad Süleymanov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2014-cü il xidməti fəaliyyətin yekunlarına və 2015-ci il yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.

 

SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2015-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.

 

Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant A.Rəhimov 2015-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.

 

Müşavirənin yekununda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR