Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Musiqili Teatrda “Kimdir müqəssir?” tamaşası nümayiş olunacaq

Musiqili Teatrda “Kimdir müqəssir?” tamaşası nümayiş olunacaq

Date: 12 November 2015 10:43


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 20-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində görkəmli nasir Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq. Teatrdan AZƏRTAC-a bildirilib ki, ikihissəli komediya janrında yazılan səhnə əsəri gənc rejissor İradə Gözəlovanın quruluşunda təqdim olunacaq.
Quruluşçu rəssamı Nabat Səmədova olan tamaşada əsas rolları Əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, Gültac Əlili, aktyorlar Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Nigar Qarayeva ifa edəcəklər. Xatırladaq ki, teatrın səhnəsində tamaşanın premyerası 2013-cü il mayın 6-da baş tutub. Qeyd edək ki, tamaşa insanın hər zaman daxili aləminə hakim kəsilən şər qüvvələrə nifrət və onlara hər zaman qalib olmaq hissi üzərində qurulub.

Tags:  Musiqili Teatrda Kimdir müqəssir tamaşası nümayiş olunacaq


RƏYLƏR


Top news