Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DSMF sədri Ağcabədidə qəbul keçirəcək

DSMF sədri Ağcabədidə qəbul keçirəcək

Date: 12 November 2015 10:44

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri  Elman Mehdiyev noyabrın 19-u saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

 

           Fondun Aparatında                           (012) 434-12-34

           Ağcabədi rayon şöbəsində                (02122) 5-50-54

           Beyləqan rayon şöbəsində                (02122) 5-29-63

           Bərdə rayon şöbəsində                      (02020) 5-71-11

           Zərdab rayon şöbəsində                    (02029) 6-45-59    

           Laçın  rayon şöbəsində                     (02127) 7-84-28

 

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

 

 

 


Tags:  DSMF sədri Ağcabədidə qəbul keçirəcək

RƏYLƏR


Top news