Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulduz aktrisa yenə pərt oldu (VİDEO)

Ulduz aktrisa yenə pərt oldu (VİDEO)

Date: 12 November 2015 10:51

25 yaşlı ulduz aktrisa yenə pərt oldu. ANS PRESS-in məlumatına görə, məşhur aktrisa Cenifer Lourens qırmızı xalıda yıxılıb.

Müvazinətini itirərək xalıda yıxılan aktrisa “Aclıq oyunları" filminin Madriddə keçirilən təqdimatında iştirak edib.

Cenifer Lourens qırmızı xalıda ən çox yıxılan aktirasalardan biridir.


Cenifer Lourens yıxılma anı

Lourensin başına ilk belə hadisə 2013-cü ildə “Oskar” mükafatlandırması zamanı gəlib. Həmin il o "Mənim sevgilim dəlidir" filmindəki roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.

Bir ildən sonra o səhnəyə çıxış zamanı yıxılıb.

Lourens bir neçə dəfə dünyanın ən istəkli qadını seçilib. 2011-ci ildə "People" jurnalı dünyanın ən gözəl qadınlar arasında aktisanı 13-cü pilləyə yerləşdirib.

Bir neçə gün öncə teleşouların birində aktrisa çirkin vərdişini etiraf edib. Ən pis vərdişiniz hansıdır sualına aktrisanın cavabı hamını şoka salıb. O, ayaq yoluna gedəndən sonra əllərini yumadığını deyib. Aktrisanın bu etirafı heyranlarını üzüb.

Cenifer özünə bəraət qazandıraraq bunun bir uğursuz zarafat olduğunu sosial şəbəkədə yazıb. Aktrisa verilişdə qonaqları əyləndirmək üçün belə uğursuz zarafat edib. Cenifer hətta "Facebook"da ayaqyolundan sonra əllərini yuyaraq video paylaşıb.


Cenifer Lourensin "Facebook" hesabı

Tags:  Ulduz aktrisa yenə pərt oldu VİDEO

RƏYLƏR


Top news