Naxış daşı kəndin adını dillər əzbərinə çevirib

Naxış daşı kəndin adını dillər əzbərinə çevirib
10:58 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 12 noyabr, AZƏRTAC
Ağstafanın Tatlı kəndi tikintidə bəzək kimi istifadə olunan naxış daşı ilə məşhurdur. Kənd sakinləri dekorativ daşı rayonun milli sərvəti hesab edirlər. Elə adını da Tatlı naxış daşı qoyublar. Tatlının naxış daşı qərb regionu ilə yanaşı, digər rayonlarda evləri, həyətləri bəzəyir.
Kənd sakini Adil Musayev AZƏRTAC-a bildirib ki, dekorativ daş kəndin girişində bir neçə hektarlıq ərazidən çıxarılır. Naxış daşının bir kvadratmetri isə 2 manata satılır.
Maraqlı məqam ondan ibarətdir ki, min bir əziyyətlə əldə olunan xammaldan ustalar əsl sənət əsəri yaradırlar. Bir sözlə, region üçün əhəmiyyətli olan məşhur naxış daşı kəndin adını da dillər əzbərinə çevirib.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxis_dasi_kendin_adini_diller_ezberine_chevirib-901252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR