Əsas Qanunumuz – Quruculuq Kodeksi

Əsas Qanunumuz – Quruculuq Kodeksi
11:04 12 Noyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Konstitusiya Günümüzdür. Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqlarının Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Çünki 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməyib və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında, Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə olub.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Azərbaycan suveren bir ölkə kimi dünya birliyinin  üzvü olsa da, müstəqil dövlət üçün müasir tələblərə uyğun, xalqın maraqlarını və dövlətin mənafeyini təmin edəcək dövlət təsisatlarının yaradılması, demokratik cəmiyyət quruculuğu qarşıda əsas vəzifə kimi dururdu. Bu tarixi missiyanın uğurla həyata keçirilməsi Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasını da şərtləndirəcəkdi. Bu tarixi missiyanı ümummilli lider Heydər Əliyev uğurla həyata keçirdi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiya təşkil edildi, layihənin ilkin mətni hazırlandı. Konstitusiya Komissiyasının sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən Komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev qəbul ediləcək yeni Konstitusiyanın əsas prinsiplərini necə olacağını bəyan etdi. Konstitusiya layihəsinin hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən bu böyük dövlət xadiminin təşəbbüsü ilə müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu və təkliflər nəzərə alınmaqla layihənin yekun variantı 1995-ci ilin noyabrın 12-də referendum yolu ilə qəbul edildi və 1995 il noyabrın 27-dən qüvvəyə mindi. 

 

Azərbaycanın ilk Konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsipi  əsasında təşkil olunduğunu müəyyən etdi. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Təkcə bir faktı demək kifayətdir ki , Konstitusiyanın 158 maddəsindən 57-də insan hüquq və azadlıqları təsbit edilirdi ki , bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məqsədini ortaya qoyurdu. Başqa sözlə, Heydər Əliyev Konstitusiyasının əsas prinsipləri azad və müstəqil Azərbaycanın  uzunmüddətli  gələcəyi üçün nəzərdə tutulmuşdu, ölkədə həyata keçirilən hüquqi – demokratik islahatlar üçün möhkəm bir təməl idi. Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq Konstitusiya qanunvericilik hakimiyyətinin respublikanın Milli Məclisinə, icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə mənsubluğunu, məhkəmə hakimiyyətinin isə  məhkəmələr tərəfindən həyata keçirilməsini təsbit edir. Qanunvericilik hakimiyyətini təmsil edən Milli Məclis bir palatalı parlamentdir. Bütün xalqın təmsilçisi qismində çıxış edən Milli Məclis qanunvericilik orqanı olduğundan onun  əsas funksiyası qanun yaradıcılığıdır. Milli Məclisdən başqa, heç bir orqan və ya şəxs qanunlar qəbul etmək səlahiyyətinə malik deyildir. Azərbaycanda parlamentin digər bir funksiyası da icra hakimiyyətinin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsidir. Bu funksiya Nazirlər Kabinetinin parlament qarşısında məsuliyyətinin və Milli Məclisin ona etimadsızlıq göstərmək hüququnun olmasında, respublika Prezidentinin vəzifədən kənarlaşdırılmasının mümkünlüyündə, dövlət büdcəsinin icrası üzərində nəzarətdə və belə nəzarəti həyata keçirən orqanların yaradılmasında, beynəlxalq müqavilələri ratifikasiya etmək hüququnda ifadə olunur. Milli Məclis hər il iki - növbəti yaz və payız sessiyalarına yığışır. Milli Məclisin deputatlarının toxunulmazlıq hüququ vardır və bu hüquqa o, yalnız cinayət başında yaxalandıqda Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. 

 

Azərbaycanda Prezident təsisatı ikili hüquqi təbiətə malikdir, yəni icra hakimiyyətini təmsil etməklə yanaşı, o həm də dövlətin başçısı funksiyasını yerinə yetirir. Prezident bütün seçki korpusu tərəfindən birbaşa seçildiyindən, o, Azərbaycan xalqını bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir. Eyni zamanda, Prezident dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı qismində çıxış edir. Bu öhdəliklər onun Ali Baş Komandan qismində funksiyasını şərtləndirir. 

 

Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri, Azərbaycanın  əsas hissəsi ilə Naxçıvanın ümumi sərhədinin olmaması bu bölgə üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb etmişdir. Ona görə də Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verdi. Azərbaycan Respublikası prezidentli respublikadırsa, Naxçıvan MR-də dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata keçirilir. 1998-ci il aprelin 28-də Naxçıvan MR-in Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edildi və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olundu. Muxtar respublikanın sayca dördüncü olan Konstitusiyasında qeyd olunduğu kimi, onun ərazisi Azərbaycanın dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir. MR-in dövlət rəmzləri Azərbaycanın dövlət bayrağı, gerbi və dövlət himnidir.

 

Beləliklə, müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi bazasının əsasında ilk Konstitusiyamız dayanır. Bu Konstitusiya ilə Azərbaycan xalqının indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan edildi. Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyamız eyni zamanda xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. Sonrakı illərdə Konstitusiyamızın müəllifi olan bu dahi şəxsiyyət bu elə bu Əsas Qanuna dayanaraq, Azərbaycanda uğurlu dövlət quruculuğunu həyata keçirdi. Bu gün Heydər Əliyevin əsasını qoyduğu bu kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Qeyd edək ki, zaman keçdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. Konstitusiyamıza ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə 31, sonuncu dəfə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilib.

 

İsa Hacıyev,

hüquqşünas

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

1000-dən artıq həkim Azərbaycanda tibb fəaliyyəti ilə məşğul ola bilər

24 May 2017 15:54

Yaşar Bəşirov: “Nəyə qadir olduğumuzu dünyaya göstərdik”

24 May 2017 15:53

İŞİD-in "hərbi naziri" məhv edildi

24 May 2017 15:52

Mançesterdə partlayışla əlaqədar daha üç nəfər həbs edilib

24 May 2017 15:52

Sumqayıtda məktəb meydançalarını dağıdıb bina tikirlər - VİDEO - FOTO

24 May 2017 15:52

Dərs vaxtları uzadıla bilər

24 May 2017 15:50

İmtahanda az bal yığan abituriyent intihara cəhd etdi - VİDEO - FOTO

24 May 2017 15:47

Bu müəllimlərin dərs yükü daha çox olacaq

24 May 2017 15:44

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirildi

24 May 2017 15:43

Böyük Britaniyanın terror dərdi: Krallıq onlarla niyə bacarmır?

24 May 2017 15:43

Fransa baş nazirindən ETİRAF: Ölkədə terror təhlükəsi yüksəkdir

24 May 2017 15:43

Azərbaycan milli komandasının voleybolçusu "Fənərbağça" ilə müqavilə bağlayıb

24 May 2017 15:42

Nazir: "Vyana görüşündə sürpriz olmayacaq"

24 May 2017 15:42

Cərimələrin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır

24 May 2017 15:42

Bu ölkə də NATO-ya yeni üzv qəbul olacaq

24 May 2017 15:42

ABŞ hərbçiləri "Rusiya hərbi terminologiyası" üzrə təlim alacaq

24 May 2017 15:41

Avtomobilləri yalnız bu hallarda evakuatorla aparacaqlar - YENİ QAYDA

24 May 2017 15:39

Avtomobillərin evakuatorla aparılmasının YENİ QAYDASI

24 May 2017 15:38

Kreditorlar Komitəsi "Bank Standard"a məxsus əmlak haqqında ADIF-dən ətraflı məlumat istəyir

24 May 2017 15:37

Aprel ayı ərzində Azərbaycana gələn tursitlərin sayında 23% artım var (FOTO)

24 May 2017 15:36

Təhsil Nazirliyindən TƏKLİF: Bəlkə dərsləri sentyabrın 1-də başlayıb, 14 iyunda bitirək

24 May 2017 15:36

Məhdud sayda yeni “Vertu” mobil telefonu buraxılıb

24 May 2017 15:35

Rusiya kəşfiyyatı hərəkətə keşdi: Regionda SAVAŞ HAZIRLIĞI

24 May 2017 15:33

İnquşetiyada spirtli içki satışı qadağan ediləcək

24 May 2017 15:32

​Ramazan ayında toy etmək olar?

24 May 2017 15:30

Azərbaycanlı ulduz "Fənərbağça"da - FOTO

24 May 2017 15:29

Gəncənin içməli su və kanalizasiya sistemi yenidən qurulur (FOTO)

24 May 2017 15:29

Ermənistan parlamentində qadın deputatların DAVASI

24 May 2017 15:28

Azərbaycan Özbəkistanda uşaq xeyriyyə festivalında iştirak edib

24 May 2017 15:27

Arılar filləri qovdular - VİDEO - FOTO

24 May 2017 15:27

Bakıda Penitensiar Xidmətin avtomobili qəzaya düşdü

24 May 2017 15:24

Akif Əlizadə akademiya üzvlərinə diplom verdi - FOTO

24 May 2017 15:23

İnternetin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

24 May 2017 15:22

Gözdən əlillər narazılıq edirlər: "Əmlakımızı satır, bizə ancaq vəd verir..." - FOTO

24 May 2017 15:22

İŞİD-ə daha bir zərbə vuruldu

24 May 2017 15:22

Xalq artisti öz toyunda oxudu - VİDEO

24 May 2017 15:18

Kasilyasın yeni klubu bəlli oldu

24 May 2017 15:18

"Qəbələ"nin futbolçusu Qazaxıstan klubuna keçir

24 May 2017 15:17

Oruc tutacaqsınızsa, mütləq içməlisiniz!

24 May 2017 15:16

Bakıda 1 nəfər dənizdən çıxarılıb

24 May 2017 15:14

Erməni ekspert sərsəmlədi - ""ZRK" Bakıdakı banka görə vurulub"

24 May 2017 15:12

Özü oxudu, əri müşayiət etdi - Xalq artistinin toyundan VİDEO

24 May 2017 15:12

Baş katib: "NATO-nun İŞİD-ə qarşı koalisiyada iştirakı heç müzakirə olunmur"

24 May 2017 15:07

Türkiyədə ev alan azərbaycanlılar çoxalıb

24 May 2017 15:07

Dənizdə faciə

24 May 2017 15:06

"Qalatasaray"ın yeni forması - FOTO

24 May 2017 15:05

700 bal toplayan abituriyent: “İmtahandan öncəki məqsədim Bakı Ali Neft Məktəbini seçmək idi”

24 May 2017 15:02

Azərbaycanda iki şirkətdən Respublika günü ilə bağlı fərqli addım - VİDEO

24 May 2017 14:59

İslam Oyunları Azərbaycana nə verdi? - Deputatların ŞƏRHİ

24 May 2017 14:58

Daha bir FACİƏ: 20 nəfər öldü

24 May 2017 14:57