Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrandan Azərbaycana narkotik maddənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik maddənin keçirilməsinin qarşısı alınıb

Date: 12 November 2015 11:04

İrandan Azərbaycana narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük  Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvarda “Qoşa Təpə” gömrük postunda Əkbər Məmmədov gömrük nəzarətindən keçərkən ona məxsus sellofan torbanın içərisindəki plastik qabda 1500 ml həcmində metadon məhlulu aşkar olunub.

Daha bir bu cür halın qarşısı alınıb. İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əhməd Məmmədova məxsus sellofan torbada olan və üzərində “20 Eff. Tablets VITAMIN C” sözləri yazılmış dərman qutusunda 99 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib. Yəni, bir qəbildən olan malın digər şəklə salınaraq gömrük nəzarətindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. 1500 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 1,5 qram, 99 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,98 qram təşkil edir.


Tags:  İrandan Azərbaycana narkotik maddənin keçirilməsinin qarşısı alınıb

RƏYLƏR


Top news