Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Plastik kart ölçüsündə superkompüter təqdim edilib

Plastik kart ölçüsündə superkompüter təqdim edilib

Date: 12 November 2015 11:06

«NVIDIA» şirkətinin prezidenti Cen-San Xuan bildirib ki, firmanın mühəndisləri indi süni intellekt və kompüter təlimi sahəsində tədqiqatlar  üzərində işləyir.  Cen-San, həmçinin süni intellektin hesablanması üçün «Jetson TX1» adlı kiçikölçülü superkompüter təqdim edib.
 
 
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, bu kompüter plastik kredit kartını xatırladır, ölçüsü 50x87 mm-dir. «Jetson TX1» superkompüteri 1  teraflops məhsuldarlıqlı 256 nüvəli «Maxwell» «GPU» prosessoru, 64 bitlik «ARM A57» prosessoru, «Wi-Fi» modulları, «Ethernet», həmçinin 4 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Qurğu 2016-cı ilin birinci rübündə 299 dollar məbləğində satışa çıxarılacaq.
 
 
Xuan ümid edir ki, onun şirkətində hazırlanan yeni avadanlıq, həmçinin proqram təminatı təcrübədə kompüter təliminin tətbiqini xeyli asanlaşdıra və sürətləndirə bilər.
 
 
Emil Hüseynov


Tags:  Plastik kart ölçüsündə superkompüter təqdim edilib


RƏYLƏR


Top news