Bakıda Ombudsmanların XIII beynəlxalq konfransı keçirilir

11:08 12 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Bakıda Ombudsmanların XIII beynəlxalq konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun yaranmasının 70-ci ildönümünə həsr edilib.
UNESCO-nun dəstəyi ilə təşkil olunan konfransda Avropa, Asiya və Afrikanın 10-dan artıq ölkəsindən ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.
Konfransın yekununda Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Ombudsmanlarin_XIII_beynelxalq_konfransi_kechirilir-901261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR