Yevlaxda indiyədək 2350 hektar sahəyə taxıl səpilib

Yevlaxda indiyədək 2350 hektar sahəyə taxıl səpilib
11:08 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 12 noyabr, AZƏRTAC 
Yevlax rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin bol məhsulunun əsasını qoyurlar.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 17280 hektar sahədə payızlıq şum qaldırılıb. 3200 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər, o cümlədən 1000 hektarda buğda, 1350 hektarda isə arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.
Qeyd edək ki, rayon taxılçıları cari ildə 10010 hektar sahədən 32867 ton məhsul götürüblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yevlaxda_indiyedek_2350_hektar_saheye_taxil_sepilib-901258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR