Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dövlət Komitəsinin iki elektron xidmətinin inzibati reqlamentində dəyişiklik olunub

Dövlət Komitəsinin iki elektron xidmətinin inzibati reqlamentində dəyişiklik olunub

Ötən gün avtomobili sərxoş halda idarə edən 47 nəfər cərimələnib (28 Fevral 2017 12:42)
Vəzifəli şəxslərin yol verdikləri pozuntularla bağlı CƏZALAR artırıla bilər (14 Fevral 2017 17:05)
Vəzifəli şəxslərin yol verdikləri pozuntularla bağlı qanunvericiliyə dəyişiklik edilib (14 Fevral 2017 16:27)

Tarix: 12 Noyabr 2015 11:11

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişiklik “Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə” və “Dini tədris müəssisələrinin fəaliyyətinə xüsusi razılığın verilməsi üçün rəy bildirilməsinə dair müraciətin və sənədlərin qəbulu” e-xidmətlərinə şamil olunub.
 
Dəyişikliyə görə, hər iki elektron xidmətin inzibati reqlamentinin 3.4.1-ci bəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəzlənib.
 
CAHANGİR


Teqlər:  Dövlət Komitəsinin iki elektron xidmətinin inzibati reqlamentində dəyişiklik olunub



RƏYLƏR


Top xəbərlər