""Neftçi" 3-cü yeri pulla alıb" - VİDEO

""Neftçi" 3-cü yeri pulla alıb" - VİDEO
11:12 12 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Kiyev "Dinamo"sunun keçmiş müdafiəçisi Viktor Serebryanikov SSRİ çempionatlarında oyun alqı-satqısından danışıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Viktor Serebryanikov "Neftçi" komandasına da oyun satdıqlarını etiraf edib.

O, buna görə 80 min rubl aldıqlarını deyib: "SSRİ çempionatında oyun alqı-satqısı olurdu? Yüz faiz. "Neftçi" ilə oyundan əvvəl bazada idim. Dedilər ki, səni çağırırlar. Çıxdım, gördüm ki, Banişevski ilə Markarovdur. Biz avtomobilə oturduq. Onlara 3-cü yer lazım idi. Mənə bir qalaq pul verdilər və "Vitya, götür" dedilər.

Cavabında dedim ki, uşaqlarla söhbət etməliyəm. Ağlasığmaz miqdarda pulu - təxminən 80 min rublu götürdüm. Bazaya qayıdıb, əsas heyətin üzvlərini topladım. Pulu ortaya qoyub dedim: "Bizə xal lazım deyil. Artıq çempionluğu təmin etmişik. Hə, ya yox?" Hamı susurdu. Gözlərindən hiss edirdim ki, hamısı pulu götürməyimizi istəyir, amma qorxurlar. Onda pulu götürüb "yaxşı, aparıb qaytarıram" dedim. Bu vaxt pula elə hücum etdilər ki..."

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR