Bakı, 12 noyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev noyabrın 19-da, saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edəcəklər. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Ağcabədi rayon şöbəsində (02122) 5-50-54
Beyləqan rayon şöbəsində (02122) 5-29-63
Bərdə rayon şöbəsində (02020) 5-71-11
Zərdab rayon şöbəsində (02029) 6-45-59
Laçın rayon şöbəsində (02127) 7-84-28
Vətəndaşların Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.