Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hakimi vuran millimizin sabiq üzvünə 2 il cəza - VİDEO

Hakimi vuran millimizin sabiq üzvünə 2 il cəza -   VİDEO

Date: 12 November 2015 11:17

Rusiyanın "Viraj" klubunda çıxış edən Azərbaycan milli komandasının sabiq futzalçısı Sərxan Mikayılov hakimi vurduğu üçün sərt cəzalarla üzləşib. 


Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi 40 yaşlı hücumçunu futbolla bağlı bütün fəaliyyətlərdən 2 il müddətinə məhrum edib. O, həmçinin 50 min rubl (təqribən 800 manat) cərimələnib.


Qeyd edək ki, Sərxan Mikayılov hakimi "Kurqan"la ölkə çempionatının oyunu zamanı vurub. Referi onun qayda pozuntusuna yol verdiyini bildirdikdən sonra Mikayılov topu ədalət təmsilçisinə tərəf tullayıb. Bunun qarşılığında qırmızı vərəqə görən futbolçu hakimin sifətinə zərbə endirib.("Report")



Fanat.az


Tags:  Hakimi vuran millimizin sabiq üzvünə il cəza VİDEO

RƏYLƏR


Top news