Masallı sakini fərdi təsərrüfatında Şri-Lankadan gətirilmiş quava meyvəsini yetişdirib

Masallı sakini fərdi təsərrüfatında Şri-Lankadan gətirilmiş quava meyvəsini yetişdirib
11:18 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Şərəfə kənd sakini 81 yaşlı Aslan Rəhimov quava bitkisini becərməyə, hətta ondan məhsul götürməyə nail olub.
AZƏRTAC xəbər verir ki, Aslan Rəhimovun nəvəsi quava meyvəsini Şri-Lankadan gətirib. Ağsaqqal meyvənin toxumlarını götürərək dibçəkdə əkib. Sonralar isə bitkini həyətyanı sahəyə köçürüb. Hazırda ağac bar verib.
Aslan Rəhimovun sözlərinə görə, bu meyvə tam yetişməmiş halda yeyiləndə turş, yetişmiş halda isə şirin olur. Qabığı nazik olduğundan onu qabıqla yemək də mümkündür.
Tərkibində portağaldan dörd dəfə çox C vitamini olan quava meyvəsinin orqanizmi infeksion xəstəliklərdən müdafiə etdiyi, ən çox isə öskürəyə və soyuqdəyməyə qarşı istifadə olunduğu bildirilir. Quava meyvəsi əzələlərin və sinir sisteminin işinə də müsbət təsir göstərdiyi üçün onun ağır idman hərəkətlərindən sonra yeyilməsi tövsiyə edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masalli_sakini_ferdi_teserrufatinda_Sri_Lankadan_getirilmis_quava_meyvesini_yetisdirib-901264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR