Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rəqsanə 35 ildir üzünü görmədiyi atasından danışıb ağladı - video

Rəqsanə 35 ildir üzünü görmədiyi atasından danışıb ağladı -  video

Date: 12 November 2015 11:21

Müğənni Rəqsanə İsmayılova “Bizimləsən” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi onu atıb gedən atasından danışıb:

“3 yaşımdan atam tərəfindən atılmışam. Bizi qoyub, bizneslə məşğul olmaq üçün Rusiyaya gedib. Həbs olunub, 5 il cəza verilib. Həbsdən çıxandan sonra yanımıza qayıtmadı. 35 ildən sonra atamın axtarışına çıxdım. O yaşıma qədər ata üzü görməmişdim. Onun yaşadığı yerdə konsert verdim. Təyyarədə işçilərimə demədim ki, atam orada yaşayır. Konsertimə millət gəlmişdi. Atam məni görüb, qaçıb gizləndi. Onu görə bilmədim. Atamı axtaranda anamdan icazə aldım ki, “Sən inciməyəcəksən?”. razılıq verdi".

R.İsmayılova atasının hazırda səhhətinin pis olduğunu bildirib:

“Atamı əsəbimdən axtardım. Bir çətinliyə düşəndə, evdə arxalanacağımız bir kişi olmurdu. Atam bizi qəbul etməsə də, onunla oturub ən az 5 dəqiqəlik söhbət etmək arzusundayam. Eşitdim ki, ürəyindən əməliyyat olunub, vəziyyəti pisdir. İstədim yanına gedim, risk etmədim. Onu yenidən qəbul edib, saxlayaram da. Rus xanımla ailə qurub, iki övladı var. Deyir məni axtarmasınlar, ailəm dağılar”.


Tags:  Rəqsanə 35 ildir üzünü görmədiyi atasından danışıb ağladı video

RƏYLƏR


Top news